Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında daha bir oyun idarə edib.
Sportal.az xəbər verir ki, o, qrup mərhələsinin III turu çərçivəsində baş tutan "Konyaspor" - "Braqa" matçını idarə edib. Konyada baş tutan qarşılaşmada bərabərlik qeydə alınıb. Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
FİFA referimiz adıçəkilən oyunda 3 futbolçunu cəzalandırıb. O, "Konyaspor"dan Alban Meha və Ali Turana, Portuqaliya klubundan isə Rui Fonteyə sarı vərəqə verib.
Qeyd edək ki, Əliyar Ağayev daha öncə bu turnirdə "Roma" - "Astra" matçını da idarə etmişdi.
saytlarin hazirlanmasi