"Qələbə qazandığımıza görə çox xoşbəxtəm. Ancaq istəyirdim ki, çoxsaylı hücumlarımızdan birini qola çevirə bilək. Hücumlar zamanı son nöqtəni qoymaqda çətinlik çəkirdik. Məqsədimiz qələbə qazanmaq idi. Amma asan oyun olduğunu da deyə bilmərəm”.
Sportal.az xəbər verir ki, bu sözlər Fransanın "Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltyeyə məxsusdu.
Onun komandası Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Qəbələ”ni 2-0 hesabı iləməğlub edib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis "Qəbələ”dən güclü olduqlarını deyib: "Qəbələ”dən üstün idik. Məncə, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə hazırda aktivinda 5 xal olan 3 komanda arasında gedəcək”.
Qeyd edək ki, "Sent-Etyen" "Qəbələ"nin futbolçusu Rikardinyonun avtoqolu ilə 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi