Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, UEFA baş tutan oyunlardan sonra yeni statistik göstəriciləri açıqlayıb. 3 turdan sonra ən çox dəqiq ötürmə edən futbolçuların siyahısında dəyişiklik baş verib. Siyayının ilk pilləsində “Roma”nın yarımmüdafiəçisi Leandro Paredesdir. Argentinalı futbolçu 3 oyundan sonra 339 ötürmə edib və bunlardan 317-si dəqiq alınıb (94%). 2-ci yerdə “Zenit”in müdafiəçisi Luiş Netodur. 31 yaşlı portuqaliyalı futbolçu 234 ötürmənin 221-də dəqiq oynayıb (94%). 3-cü pillədə isə “Zenit”in digər futbolçusu Aksel Vitseldir. Belçikalı yarımmüdafiəçi 216 ötürmənin 211-də oynanmağı bacarıb (98%). Siyahının 4-cü yerində “Mançester Yunayted”in frnasalı ulduz futbolçusu Pol Poqba qərarlaşıb. Poqba 221 ötürmənin 198-də dəqiq oynama müvəffəq olub.
“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda da tərtib olunan siyahıda var. Almeyda 216 ötürmənin 191-də dəqiq oynayıb (88%) və 6-cı pillədə qərarlaşıb. Siahıda Ağdam klubundan Rəşad Sadıqovun da adı var. Təcrübəli kapitan 152 ötürmə edib ki, bunların 139-u ünvanına çatıb.
Əlavə edək ki, "Qarabağ" PAOK-a 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 592 ötürmə edib və bunların 526-sı dəqiq alınıb.
saytlarin hazirlanmasi