"Yuventus"un gənc ulduzu Paulo Dibala İtaliya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu yay transfer pəncərəsində "Barselana"dan təklif aldığını bildirib:
"Yayda "Barselona"dan 90 milyon avroluq təklif almışdıq. Ancaq "Yuventus" bu təklifi dəyərləndirmədi. Əlbəttə, belə təklif almaq mənim üçün xoşdu. Bu, mənə nə qədər diqqətin olduğunu göstərir. Belə təklifləri dəyərləndirməmək asan məsələ deyil. Turində qaldığım üçün çox xoşbəxtəm. Hazırda dünyanın ən böyük klublarından birində oynayıram. Əgər "Yuventus"dan ayrılsam, bunu klubun maraqları hesabına edəcəm".
Qeyd edək ki, Dibala ötən yay "Palermo"dan "Yuventus"a transfer olunub.
saytlarin hazirlanmasi