“Milan”ın vitse-prezindeti Adriano Qalliani adı digər klublarla hallanan 17 yaşlı qolkiper Canluici Donnarummanın gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, o, Donnarumanın "Milan"da uzun illər çıxış edəcəyinə ümid edir:
“Donnarumma milli komandada Buffonun varisi olacaq. Düzdür, Buffon hələ də oynayır, amma Donnarummanın da zamanı gələcək. Ümid edirəm ki, o da uzun illər millinin qapısını qoruyacaq. Məncə, Donnarumma da Buffon kimi komandasına sadiq qalacaq, yəni, “Milan”a sadiq qalacaq və xidmət göstərəcək”.
Qalliani daha çox gənc futbolçulara üstünlük verəcəklərini açıqlayıb:
“İtaliya klubları 100 milyon avroya futbolçu transfer etməzlər. Buna görə də artıq gənc futbolçulara diqqət ayırmışıq. Aşağı yaş komandalarda Donnarumma və Lokatelli gəldi. “Milan” gələcəyin komandasını qurur”.
saytlarin hazirlanmasi