Çinin “Quançjou” klununda forma geyinən Cekson Martines qışda komandasını dəyişməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçuyla İtaliyanın “Napoli” klubu maraqlanır. Neapol təmsilçisi bir müddət əvvəl 6 aylıq sıradan çıxan Arkadiuş Milikin yoxluğunu 30 yaşlı forvardı transfer etməklə aradan qaldırmağa çalışır. Hətta italiyalılar transferin reallaşması üçün yaxın vaxtlarda qarşı tərəflə danışıqlar aparacaqlar.
Qeyd edək ki, cari mövsüm 9 oyuna çıxan Martines 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi