Zəlzələyə görə oyunda fasilə yarandı VİDEO

13:59 - 27 Oktyabr 2016

İtaliyanın paytaxtı Roma yaxınlığında 5,5 bal gücündə zəlzələ qeyd alınıb.

 

Sportal.az xəbər verir ki, bu, A seriyası çərçivəsində keçirilən "Peskara" - "Atalanta" (0:1) matçında da hiss olunub. İstər meydanda, istərsə də tribunada həyəcanlı anlar yaşanıb. Bu səbəbdən qarşılaşma 2 dəqiqə dayandırılıb. Daha sonra isə oyun davam etdirilib.
 
Qeyd edək ki, avqust ayında İtaliyada baş verən zəlzələ nəticəsində 300 nəfər dünyasını dəyişmişdi.

 

 

Xəbər xətti