İtaliya A Seriyasının X turunda baş tutan "İnter" – "Torino" (2:1) matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Adem Lyaiç matçın 80-cı dəqiqəsində meydanı tərk edib və bir qədər sonra oyuna qayıdıb. 25 yaşlı futbolçunun gözlənilmədən meydanı tərk etməsi matç başa çatdıqdan sonra bəlli olub. Serbiya millisinin üzvü təbii ehtiyaclarını ödəmək üçün qarşılaşmanı tərk edib.
Bu barədə məlumatı komandanın serbiyalı Sinişa Mixayloviç də təsdiqləyib. O, futbolçunun bu hərəkətə görə cəzalanmayacağını deyib.
Qeyd edək ki, oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi