Milan "İnter"inin rəhbərliyi komandanın göstərdiyi uğursuz nəticələrə baxmayaraq baş məşqçi Frank De Bura güvənir.
Sportal.az xəbər verir ki, İtaliya klubunun rəsmisi Mixayıl Bolinqbrok komandanın gözlənildiyi kimi yaxşı çıxış etməməsinə baxmayaraq hollandiyalı mütəxəssisin arxasında olduqlarını bildirib. O, yerli mətbuata açıqlamasında sonadək De Bura güvənəcəklərini qeyd edib:
"Frankın 100 % arxasındayıq, işinin asan olmadığını bilirik. Mövsümün başlamasına az müddət qalanda "İnter"in sükanı arxasına keçdi. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə komanda ilə çalışmaq üçün yaxşı vaxti olacaq".
saytlarin hazirlanmasi