“Qarabağ”la oyundan öncə qələbə qazanmaq vacib idi. Qələbə seriyamızı davam etdirməliyik”.
Sportal.az xəbər verir ki, bu sözlər Yunanıstanın PAOK klubunun futbolçusu Xose Kanasa məxsusdu.
Saloniki təmsilçisi ölkə çempionatının VII turunda AEK-i məğlub edib – 1:0. Maçtdan sonra klubun rəsmi saytına açıqlama verən ispaniyalı futbolçu "Qarabağ”la bir neçə gün sonra baş tutacaq oyun haqda danışıb.
Ağdam klubu ilə Bakıda keçirilən oyunu xatırlayan futbolçu rəqibin çox güclü olduğunu deyib:
“Qarabağ” Bakıdakı oyunla sübut etdi ki, çox güclüdü. İlk oyunda başa düşdük ki, “Qarabağ” a oynamağa imkan vermək olmaz. Onlarla oyundan dayanmadan pressinq etmək lazım gələcək.Çox çətin oyun olacaq. Üstünlüyümüz odu ki, biz öz meydanımızda oynayacağıq. Komandada əhval-ruhiyyə də yüksəkdi. Erkən qol vursaq, “Qarabağ”ı məğlub edə bilərik”.
Qeyd edək ki, Salonikidə keçiriləcək PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
saytlarin hazirlanmasi