Millinin qapıları onun üzünə bağlandı

10:25 - 1 Noyabr 2016

İtalya millisinin hücumçusu Qratsiano Pelle millinin növbəti toplanışlarına dəvət almayacaq.

 

Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Campiero Ventura futbolçunun çağırılmama səbəbini açıqlayıb:


“Onun etdiyi səhv məni bu vəziyyətlə üz-üzə qoydu. Geyindiyi mavi formaya qarşı hörmətsizlik edib. Onu bir müddət qayıtmamağa ehtiyacı var. O hərəkətindən sonra onunla danışmamışam, çünki Çinə edilən zənglər bahadır”. 

 

Xatırladaq ki, Pelle DÇ-2018-in seçmə mərhələsinin İspaniya ilə oyunun 60-cı dəqiqəsində əvəzləndikdən sonra baş məşqçi Venturanın əlini sıxmamışdı. Pelle daha sonra etdiyi hərəkətə görə üzr istəmişdi. 

 

Qeyd edək ki, Pelle hazırda Çinin “Şandonq Lunenq” klubunun şərəfini qoruyur.

 

Xəbər xətti