"Qarabağ”la oyun bizim üçün çox önəmlidi. Biz sıx qrafikdə oynamağa öyrəşmişik. Düşünürəm ki, "Qarabağ”la oyunda yorğunluq baxımından əziyyət çəkməyəcik”.
Sportal.az xəbər verir ki, bu sözlər Yunanıstanın PAOK klubunun futbolçusu Qari Rodriqesə məxsusdu.
Saloniki təmsilçisi Avropa Liqasının qrup mərhələsinin IV turunda öz meydanında son Azərbaycan çempionu "Qarabağ”ı qəbul edəcək. Yerli mətbuata açıqlama verən 25 yaşlı yarımmüdafiəçi "Qarabağ”la matça qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
"Bizim məqsədimiz qrupdan çıxmaqdı. Bunun üçün də "Qarabağ”dan üstün olmaq lazımdı. İlk oyunda gördük ki, "Qarabağ” çox güclü komandadı. Ancaq özümüzə də inanırıq. "Qarabağ”la oyuna 3 xal üçün çıxacağıq”.
Qeyd edək ki, tərəflər arasında Bakıda keçirilən ilk görüş "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.