Dieqo Bisesvar: "Bu matç qrupun vacib oyunu olacaq"

11:44 - 1 Noyabr 2016

"Bakıdakı qarşılaşmada oyunumuz alınmadı. Ev oyununda fərqli oyun nümayiş etdirməliyik".

 

Sportal.az xəbər verir ki, bu sözlər Yunanıstanın PAOK klubunun futbolçusu Dieqo Bisesvara məxsusdu.
 
Saloniki təmsilçisi Avropa Liqasının qrup mərhələsinin IV turunda öz meydanında son Azərbaycan çempionu "Qarabağ”ı qəbul edəcək. Yerli mətbuata açıqlama verən hollandiyalı hücumameyilli yarımmüdafiəçi "Qarabağ”la matça qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

 

"Qarabağ"la keçirəcəyimiz görüş bizim üçün çətin ev oyunu olacaq. Bu matç qrupun vacib oyunu olacaq. Çünki hər iki komandanın eyni xalı var. İlk oyunda "Qarabağ" öz gücünü ortaya qoya bildi. Rəqibimizin heyətində yaxşı futbolçular var. Qələbə bizə çox lazımdır və bunun üçün vuruşacağıq".

Xəbər xətti