Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Mançester Yunayted" matçının hakimi dəyişdirilib.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan Milord Maziç idarə edəcək.
Bundan əvvəl sözügedən qarşılaşmada almaniyalı Manuel Qrafenin fit çalacağı açıqlanmışdı.
Qeyd edək ki, "Fənərbaxça" - "Mançester Yunayted" matçı noyabrın 3-də baş tutacaq.
saytlarin hazirlanmasi