“AEK-lə oyunda çox qol vəziyyətimiz olmadı. Zəif çıxış edə bilərik, amma qələbəyə layiq idik. Futbolçulara da demişdim ki, bu oyun “Olimpiakos”la matçdan çətin keçəcək”.
Sportal.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi Vladimir İviç Yunanıstan Super Liqasının ötən turunda AEK-ə (1:0) hesabı ilə qalib gəldikləri oyundan sonra söyləyib. Saloniki klubunun çalışıdırıcısı Avropa Liqasının IV turunda “Qarabağ”la keçirəcəkləri oyundan da qısaca danışıb:
“Avropa Liqasında "Qarabağ"a qarşı çətin oyun keçirəcəyik. “Qarabağ” komanda şəklində gözəl futbol nümayiş etdirir. Qrupun ən əhəmiyyətli oyunudur.100 gücümüzü ortaya qoyaraq istədiyimi nəticəni əldə etməyə çalışacağıq.
saytlarin hazirlanmasi