İngilis azarkeşlər Türkiyədə xüsusi nəzarətdə olacaq

15:44 - 2 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fənərbaxça" "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “Mançester Yunayted” azarkeşləri görüşün keçiriləcəyi “Şükrü Saraçoğlu” stadionuna polislərlə birgə gedəcək. Oyunda toqquşmanın qarşısını almaq məqsədilə stadionun ətrafına xeyli polis qüvvələri cəlb olunacaq.

 

“Mançester Yunayted” rəhbərliyi İstanbuldakı təhlükəsizlik barədə narahatdır. Bu səbəbdən onlar azarkeşlərə ictimai nəqliyyatdan istifadə etməməyi tövsiyə ediblər. Sonuncu dəfə 2000-ci ildə qonaqlarlarla yerli azarkeşlər arasındakı toqquşma ölümlə nəticələnmişdi.


Qeyd edək ki, "Fənərbaxça" - Mançester Yunyted" matçı noyabrın 3-ü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

Xəbər xətti