"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sent Etyen”i qəbul edəcək.
Sportal.az xəbər verir ki, “Sent-Etyen”in futbolçusu Cordan Veretu jurnalistlərin suallarını cavablandırıb.
- Bizim üçün önəmli oyundur, asan olmayacaq. Oyuna tam hazırıq və qalib gəlməyə çalışacağıq.
- “Qəbələ”yə necə yanaşırsız?
- “Qəbələ”ni zəif rəqib kimi qəbul etmirik. Oyuna ciddi hazırlaşmışıq, çətin olacağını bilirik. Qrupda zəif komanda yoxdur.
- Özünü oyuna hazır sayırsan?
- 5 ay oynamamışdım, əlbəttə, bunun təsiri var. Komandamız güclü futbolçulardan təşkil olunub. Var gücümüzlə mübarizə aparacağıq.
- Qələbə qazanmaq üçün nə lazımdır?
- Qələbə qazanmaq üçün imkanlarımızı qola çevirməliyik.
- “Qəbələ”nin zədəli futbolçuları sıraya dönüb. “Qəbələ”dən hansı cəhətinə görə çəkinirsiz?
- Bilirdim ki, zədəli futbolçuları var. Bizim öz oyun tərzimiz var. Oyuna yaxşı hazırlaşmışıq.