PAOK-un 6 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

11:41 - 3 Noyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində Yunanıstanın PAOK klubunun qonağı olacaq. 
 
Saloniki təmsilçisi oyun üçün yekun iştirak ərizəsini  müəyyənləşdirib. Komandanın baş məşqçisi Vladimir İviç "Qarabağ”la oyunda 19 futbolçunun xidmətindən istifadə edəcək.
 
PAOKun heyətində  6 futbolçu bu oyunu buraxmalı olacaq. Markos Vellidis, Dimitris Cannulis, Nikos Korovesis,  Dimitris Pelkas, Calma Kampos və Eftimis Kolourisin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Pelkas, Kampos və Kolouris zədə səbəbindən "Qarabağ”la oyunu buraxacaq.

 

PAOK-un iştirak ərizəsi:

 

Panagiotis Qlikos, Jelko Brkiç, Marin Leovats, Fernando Varela, Stelios Kitsiu, Leo Matos, Georgios Tzavellas, Stelios Malezas,  Xose Anxel Krespo, Haris Harisis, Xose Kanas, Yevgeni Şakov, Qoyko Tsimirot, Dieqo Bisesvar, Mame Baba Tiam, Yannis Mistakidis, Qarri Rodriqes, Stefanos Atanasiadis, Fakundo Pereyra

 

Qeyd edək ki, "Tumba” stadionunda baş tutacaq PAOK – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbər xətti