Arvadı erkən doğduğu üçün oyuna gedə bilmədi

12:31 - 3 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Mançester Yunayted" matçının hakimi dəyişdirilməsi haqda məlumat vermişdik. Qarşılaşmanı Serbiyadan olan Milorad Maziç idarə edəcək. Bundan əvvəl sözügedən qarşılaşmada almaniyalı Manuel Qrafenin fit çalacağı açıqlanmışdı.
 
Sportal.az xəbər verir ki, hakim dəyişikliyinin səbəbi də artıq məlum olub.

 

Buna səbəb almaniyalı referinin xanımının nəzərdə tutulan vaxtdan erkən doğuş etməsi olub. 43 yaşlı hakim UEFA-dan buna görə icazə alıb. Referinin xahişi nəzərə alınaraq matç Milorad Maziçə həvalə edilib.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Mançester Yunayted" matçı bu gün 22:00-da baş tutacaq.

Xəbər xətti