Mourinyonun Türkiyədə etdiyi etiraf: "Həmin hadisənin üstündən 13-14 il keçib"

13:13 - 3 Noyabr 2016

"Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Fənərbaxça”nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyon mətbuat konfransında maraqlı etirafı ilə diqqəti çəkib. Mourinyo "Portu”dan ayrıldıqdan sonra ilk dəfə Türkiyə klublarının birindən təklif aldığını deyib: 
 
"Portuqaliya çalışdığım vaxt ilk təklifi Türkiyədən almışdım, amma alınmadı, reallaşmadı. Həmin hadisənin üstündən 13-14 il keçib və bir daha bu ölkədən təklif almamışam. Müqaviləmin sonuna qədər "Mançester Yunayted”də çalışmaq istəyirəm. Mən futbola maraq olan ölkələri sevirəm və istədiyim maraq burada var. Məhz bu səbəbdən Türkiyədə işləməyin əleyhinə olmaram”.
 
Qeyd edək ki, Mourinyo "Portu”dan ayrıldıqdan sonra "Çelsi”nin "sükanı arxası”na keçmişdi.

Xəbər xətti