UEFA Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça”nın "Mançester Yunayted”i məğlub etdiyi oyundan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Sportal.az xəbər verir ki, gərgin qarşılaşmanı stadiondan canlı izləyən azərbaycanlı jurnalist konfransda ingilislərin baş məşqçisi Joze Mourinyoya komandanın erməni futbolçusu Henrik Mxitaryanla bağlı sual verib.
Həmyerlimiz portuqaliyalı çalışdırıcıya "Mxitaryanı komandadan göndərəcəksiniz?” deyə sual ünvanlayıb. Mourinyo isə jurnalistə belə cavab verib: "Onu komandadan göndərməyi düşünmürəm. Amma daha yaxşı olmalıdır.Bu qədər bəsit. Təbii ki, hər məşqçi istəyir ki, hər oyunda qalib gəlsin. Futbolçularımın daha yaxşı səviyyədə olmasını istəyirəm. Onun mövqeyində futbolçularımız çoxdur. Mxitaryan Marsial və Linqarddan daha yaxşı formada olmalıdır ki, daim start heyətdə yer alsın”.
Qeyd edək ki, azərbaycanlı jurnalist sual verərkən ad və soyadını açıqlamayıb.
saytlarin hazirlanmasi