Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Fənərbaxça"nın futbolçusu Musa Sou seçilib. Seneqallı forvard azarkeşlər arasında keçirilən sorğuda 42 % səs toplayıb. Sonrakı pillələri isə "Zenit"in futbolçusu Juliano və "Anderlext"in yarımmüdafiəçisi Nikolay Stanku tutub.
Qeyd edək ki, Musa Sou "Fənərbaxça"nın "Mançester Yunayted"i 2-1 hesabı ilə məğlub etdiyi matçda komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi