İngiltərə Premyer Liqasının 11-ci turunda "Uotford"u məğlub edərək liderliyə yüksələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Premyer Liqada "Liverpool"un liderliyə yüksəlməsindən danışıb:
"Sakit olmalıyıq, bir çoxları üçün hazırda 1 xal öndə olmaq vacibdirsə, mən və komandam səbirli davranmalıyıq. Hazırda xəyal etdiyimiz ən yaxşı yerdəyik. Oyundan əvvəl "Arsenal" - "Tottenhem" (1:1) matçının nəticəsini bilirdik, amma liderlik haqda danışmadıq. Çünki təzyiq altına girmək istəmirik. "Çelsi" gündən-günə oyununu inkişaf etdirir. "Mançester Siti" "Barselona"ya qarşı gözəl oynamışdı. "Mançester Yunayted"i siyahıdan silmək olmaz".
Klopp "Liverpul"un keçmiş futbolçusu Luis Suares haqda da qısaca danışıb:
"Suaresi heyətimizdə görmək? Əgər Luis Suares bu gün "Liverpul"un futbolçusu olsaydı, ehtiyat oyunçular skamyasında əyləşərdi".
saytlarin hazirlanmasi