"Liverpul" iranlı futbolçuya elçi düşdü

19:33 - 9 Noyabr 2016

Rusiyanın "Rostov” klubunun hücumçusu Sərdar Azmun karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "Liverpul”un iranlı gənc forvardın xidmətində maraqlıdı. Uzun müddətdir bu futbolçuyu izləyən "Liverpul” rəsmiləri, Azmunun Çempionlar liqasındakı çıxışından razı qalıb. 


Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Rusiya Premyer liqasında 11 oyuna bir dəfə fərqlənib. Azmun Çempionlar Liqasında isə meydana çıxdığı 4 görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti