İngiltərə Futbol Federasiyası aşağı liqada mübarizə aparan "From Toun" klubunun baş məşqçisi Nik Bunyard cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb çalışdırıcının rəhbərlik etdiyi komandanın matçına pul qoyuluşu etməsi olub. Buna görə də Bunyard futboldan 3 illik uzaqlaşdırılıb.
Mərc oyununda iştirak edən mütəxəssis "From Toun” – "Poulton Rovers" qarşılaşmasında komandasının məğlubiyyətində pul yatırıb. Ötən mövsümün açılış oyunu olan qarşılaşmanın ilk hisəssi "From Toun"un 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci hissədə 2 qol vuran "Poulton Rovers" qələbə qazanmışdı.