Runi Burak Yılmazla eyni komandada oynamaqdan imtina edib

12:52 - 10 Noyabr 2016

İngiltərə millisinin üzvü Ueyn Runi karyerasını Çin klubunda davam etdirə bilərmiş.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted”in kapianı yayda "Pekin Qoyan”dan rəsmi təklif alsa da, dəyərləndirməyib. 
 
Bu barədə məlumatı Pekin təmislçisinin fəxri-prezidenti Luo Ninq verib. Klub rəsmisi bildirib ki, yayda Runiyə fantastik müqavilə təklif ediblər. Ancaq hücumçu karyerasını İngiltərədə davam etdirmək istədiyini və "Mançester Yunayted”dən ayrılmaq niyyətində olmadığını deyib. 
 
Qeyd edək ki, Türkiyə millisinin üzvü Burak Yılmaz hazırda "Pekin Qoyan”da çıxış edir.

Xəbər xətti