Mxitaryandan Joze Mourinyoya: "Geri çəkilməyəcəm"

16:16 - 10 Noyabr 2016

"Mançester Yunayted”də karyerasına heç də yaxşı başlamayan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan komandanın baş məşqçisi Joze Mourinyoya vəd verib.

 

Sportal.az xəbər verir ki, o öz oyununu yaxşılaşdıracağına söz verib:

 

“Doğrudur, "Mançester Yunayted"də az oynayıram, lakin çox çalışıram. Öz üzərimdə daha çox işləməliyəm və məşqçilərin etimadını qazanmalıyam. "Mançester Yunayted"ə gələnə qədər çox əziyyət çəkmişəm. Heç bir şey asan şəkildə əldə olunmur. Ona görə də heç nə mənim arzularıma nail olmaqda qarşımı kəsə bilməz. Geri çəkilməyəcəm, məqsədimə çatmağın yollarını tapacam”.

 

Qeyd edək ki, "Mançester Yuanyted" Henrix Mxitaryanı "Borussiya"dan 42,5 milyon avroya transfer etmişdi.

 

Xəbər xətti