Alman futbolçu Premyer Liqa klublarını bir-birinə düşmən etdi

16:31 - 10 Noyabr 2016

"Bayer" Leverkuzenin alman futbolçusu Benjamin Henrix Premyer Liqa klublarının radarına düşüb.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 19 yaşlı istedadı heyətinə qatmaq üçün çalışır. Bundan başqa "Mançester Siti"nin də gənc futbolçu ilə maraqlandığı iddia edilir.

 

Qeyd edək ki, perspektivli futbolçu olan Henrix bu mövsüm Bundesliqada 9 qarşılaşmada meydanda çıxıb və hamısında 90 dəqiqə mübarizə aparıb.

Xəbər xətti