Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştaygerin qışda "Mançester Yunayted”i tərk edəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçunun Amerikaya üz tutacağı real görünür.
Təcrübəli futbolçunun xidmətində "Cikaqo Fayr” klubu maraqlıdı. Artıq tərəflər arasında görüş də baş tutub. Şvaynştayger ötən gün İngiltərədəki restoranların birində sözügedən komandanın baş məşqçisi Veliyko Paunoviçlə görüşüb və transferi ilə bağlı müzakirələr aparıb.
Qeyd edək ki, ötən il "Bavariya”dan "Mançester Yunayted”ə transfer olunan futbolçu komandanın heyətində cəmi 18 oyun keçirib.
saytlarin hazirlanmasi