"Mançester Siti" "Arsenal"ın futbolçusu Aleksis Sançesi heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, "şəhərlilər" London klubunun çilili forvardına "elçi düşüb". "Daily Mirror"un məlumatına görə "Yuventus"un da transfer etmək istədiyi 27 yaşlı futbolçu üçün Mançester təmsilçisi 60 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, "Arsenal"a 2018-ci ilədək müqaviləsi olan Sançes, 2014-cü ildə 42,5 milyon avro qarşılığında "Barselona"dan transfer olunub. Bu mövsüm "topçular"ın heyətində 11 qarşılaşmada meydana çıxan cənubi amerikalı 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi