Şimali İrlandiya millisinin və "Birmingem"in hücumçusu Kayl Lafferti "skysports"a açıqlama verib.
Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya - Azərbaycan (4:0) matçında millimizə 1 qol vuran 29 yaşlı forvard məxsus olduğu kluba - "Norviç Siti"yə qayıtmaq istədiyini açıqlayıb:
"Norviç Siti" mənim oynamaq istədiyim komandadır və mən klubuma kömək etmək istəyirəm. Aleks Neylin fikirlərinə və seçiminə hörmətlə yanaşıram. O, çalışqan və gənc çalışdırıcıdır. Azərbaycanla oyunda özümü yaxşı tərəfdən göstərdim. Bu, mənə çox kömək edəcək. Çünki oyunuma diqqət yetiriblər. Ümid edirəm ki, Aleks Neyl Azərbaycan millisinə qarşı keçirdiyimiz görüşü izləyib və qol vurduğumu bilir. Mən yenidən "Norviç Siti"yə qayıdaraq komandanın Premyer Liqaya vəsiqə qazanmasına kömək etmək istəyirəm. Vuracağım qollarla komandaya faydalı ola bilərəm".
Qeyd edək ki, Kayl Lafferti müqavilə ilə "Norviç Siti"yə məxsusdur və bu mövsümdən etibarən icarə əsasında "Birmingem"də çıxış edir.
saytlarin hazirlanmasi