Yüksək eqosu və hər zaman verdiyi maraqlı açıqlamalarla diqqət mərkəzində olan Zlatan İbrahimoviç dünyada ən çox bəyəndiyi futbolçunu açıqlayıb.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu ilk dəfə bəyəndiyi futbolçunun kim olduğunu deyib. İsveçli forvard braziliyalı əfsasnə Ronaldonun gəlmiş getmiş ən yaxşı futbolçu olduğunu bildirib. İbra futbola yeni başladığı vaxtlarda Ronaldonu özünə örnək seçdiyini etiraf edib:
"Məncə o bir fenomendi. Futbolçu olaraq etdikləri ilə izləyənlər heyran etməyi bacarırdı. Çox çətin hərəkətləri və vuruşları möhtəşəm idi. Ona topu verdikdə artıq qol olacağını düşünməyinizə ehtiyac qalmırdı. Təkbaşına hər şeyi həll edirdi. Belə bir oyunçu ilə nə keçmişdə, nə də indi qarşılaşmaq mümkün deyil. Onun kimisini görməmişəm. Bu tip ulduzlar insanların futbola bağlanmasını təmin edir"
saytlarin hazirlanmasi