Mövsümün sonunda ABŞ-ın "Los Anceles Qalaksi” klubundan ayrılacaq Stiven Cerrardın yeni iş yeri müəyyənləşmək üzrədi.
Sportal.az xəbər verir ki, yerımmüdafiəçi yenidən sabiq komandası "Liverpul”a qayıdacaq. Bu barədə "Mirror” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Cerrard sabiq komandasına məşqçi kimi qayıdacaq. Təcrübəli yarımmüdafiəçi "qırmızılar”ın baş məşqçisi Yürgen Kloppun köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Cerrard 17 il "Liverpul”un uğurları üçün çalışıb. O, komandanın heyətində keçirdiyi 504 oyunda 120 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi