"Mançester Siti"də gələcəyi maraqla gözlənilən Yaya Tureyə "Seltik"də çıxış edən böyük qardaşı Kolo Ture məsləhət verib.
Sportal.az xəbər verir ki, Pep Qvardiolanın "şəhərlilər"in baş məşqçisi postuna təyin olunmasından sonra heyətə düşə bilməyən futbolçuya görə qardaşı da narahatdı. "Seltik"in futbolçusu bu məsələylə bağlı açıqlama verib. O, qardaşına Fransaya yollanmağı tövsiyyə edb:
"Hər futbolçu karyerasında eyni şeyləri yaşayır. Hər kəs yüksək səviyyədə olduğu vaxt yavaş-yavaş düşüş yaşayır. Belə olan halda səni istəyən komandaya transfer olmalısan. Yaya hələ "Mançester Siti"nin futbolçusudu, ancaq "Marsel"in onu istədiyini eşitmişəm. "Marsel" böyük klubdu və Yayanın Fransada təcrübəsi var. Onun üçün doğru seçim olacaq".
saytlarin hazirlanmasi