"Arsenal" qış transfer pəncərəsi zamanı heyətini gücləndirəcək.
Sportal.az xəbər verir ki, yarımmüdafiə xəttini gücləndirmək istəyən "topçular" axtardığı futbolçunu İtaliyada tapıb. Belə ki, londonlular "Roma"nın gənc futbolçusu Leandro Paredesi heyətinə qatmağı planlaşdırır.
"Arsenal"ın baş məşqçisi Arsen Venger 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Qış fasiləsi zamanı Premyer Liqa təmsilçisinin argentinalı futbolçu üçün italyanların qapısını döyəcəyi gözlənilir.
Qeyd edək ki, Paredes bu mövsüm "Roma" formasıyla çıxdığı 10 matçda bir dəfə fərqlənib. Onun paytaxt klubuyla 2019-cu ilədək müqaviləsi var.
saytlarin hazirlanmasi