Mövsümün əvvəlində Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunan İlkay Gündoğan hazırda "Liverpul"u çalışdıran sabiq baş məşqçisi Yurgen Klopp haqda danışıb.
Sportal.az xəbər verir ki, Almaniya milli komandasının üzvü "Liverpul"u "Borussiya"ya bənzədib: "Klopp ilə birlikdə "Liverpul" mənə "Borussiya"nı xatırladır. Oyun tərzi, futbolçuların sahib olduğu özəlliklər və bir çox başqa şeylər Dortmund klubuna çox bənzəyir".
Türk əsilli futbolçu Kloppun "Liverpul"da uğurlar qazanacağına inandığını söyləyib: "Klopp "Liverpul"da çox uğurlar qazanacaq. Onların çempionluq şansları çoxdu. Çünki avrokuboklarda mübarizə aparmırlar və bütün diqqətlərini Premyer Liqaya yönəldiblər".
Alman mütəxəssisi Qvardiola ilə müqayisə edən yarımmüdafiəçi "İkisi də fərqli insanlardı. Qvardiola oyuna nəzarət etməyi sevən bir məqşçidi. Klopp isə birəbir mübarizələr və dönən toplar üzərində çox çalışan məşqçidi. Mən Tuçel də daxil olmaqla hər üçünü sevirəm və üçüylə də yaxşı münasibətlərim var" deyə fikirlərini bildirib.
saytlarin hazirlanmasi