"Liverpul", "Mançester Siti" və "Çelsi" klubları birgə maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, DÇ-2018-in Cənubi Amerika zonası üzrə keçirilən seçmə mərhələsində mübarizə aparan futbolçuların İngiltərəyə tez qayıtması üçün şərikli təyyarə tutublar.
"Liverpul"dan Koutinyo ilə Firmino, "Çelsi"dən Villian, "Mançester Siti"dən isə Fernandinyo daxil olmaqla, digər oyunçuların da yer alacağı təyyarə üçün 90 min funt-sterlinq xərclənilib.