"Mançester Yunayted"in sabiq futbolçusu Hari Nevill son zamanlar çox tənqid olunan Joze Mourinyoya dəstək verib.
Sportal.az xəbər verir ki, Nevill portuqaliyalı mütəxəssisin komandanı əvvəlki günlərinə qaytarması üçün 3 ilə ehtiyac olduğunu deyib. O, Mourinyonun çox tez tənqid olunduğunu bildirib:
"Klubun Mourinyoyla 3 illik anlaşması çox önəmlidi. Ona işi üçün zaman verirlər. İndiyə qədər işi çətin gedir. Mourinyonu çox tez tənqid etdiyimizi düşünürəm. O, hələ 18 ay öncə Premyer Liqanı qazanmış biridi. İşini görməsi üçün Mouya vaxt verilməlidi".
Qeyd edək ki, Mourinyonun rəhbərlik etdiyi "Mançester Yunayted" 11 turdan sonra Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi