UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparan "Fiorentina"nın futbolçusu Kristian Telyo İtaliya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu “Fiorentina”da olduğu üçün xoşbəxt olduğunu bildirib:
“Burada məşqçinin etimadlarını doğrultmağım məni də təəccübləndirdi və Florensiyaya gəlməkdə peşman olmadığıma əmin oldum. Mənim, komandam və şəhərim üçün ən böyük hədiyyə bu il Çempionlar Liqasına vəsiqə qazanmaq olar".
Telyo müqavilə ilə məxsus olduğu "Barselona" haqda da danışıb:
“Barselona”ya qayıdacağammı? Hazırda bütün fikrimi “Fiorentina” üzərində cəmləmişəm. Mən qayıda bilərəm, ancaq burada xoşbəxtəm. İtaliya liqası çox çətindir. Seriya A-da çıxış edən komandaların müdafiəsini yarmaq heç vaxt planla mümkün olmur. Lakin bu cür şəraiti çox sevirəm”.
Qeyd edək ki, "Barselona" Kristian Telyonu mövsümün əvvəlində "Fiorentina"ya icarəyə verib.
saytlarin hazirlanmasi