Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ”ın qrup mərhələsindəki rəqibi Çexiyanın "Slovan” klubu "atlılar”la matçdan öncə ölkə çempionatında "Yablonets”ə böyük hesabla məğlub olub – (3:0).
Sportal.az xəbər verir ki, sözügedən matçdan sonra klubun rəsmi saytına açıqlama verən komandanın kapitanı Lukaş Pokornı "Qarabağ”la oyuna qədər komandanın toparlanacağına inandığını bildirib:
"Yablonets”ə məğlubiyyətin "Qarabağ”la oyundan öncə bizə təsir edəcəyini düşünmürəm. Çünki peşəkar komandayıq və tezliklə toparlanmağı bacarırıq. Əlbəttə, çox ağır məğlubiyyət oldu. Ancaq futbolçularımız bu vəziyyəti düzəltmək gücündədi. Bilirik ki, avrokubokda mübarizə çempionat görüşlərindən 180 dərəcə fərqli olur. "Qarabağ”la oyuna başqa motivasiya ilə çıxacağıq”.
Xatırladaq ki, Pokornı Bakıda keçirilən matçda zədə səbəbindən "Qarabağ"a qarşı oynamamışdı.
Qeyd edək ki, "Slovan” – "Qarabağ” oyunu noyabrın 24-də keçiriləcək.
saytlarin hazirlanmasi