"Slovan"ın aparıcı futbolçusu Milan Baroş zədələnib.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu topuq əzələsindən zədələnib. Komandanın çalışdırıcısı Yindrix Trpişovski təcrübəli futbolçunun Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb-oynamayacağı dəqiqləşmədiyini bildirib.
Xatırladaq ki, Baroş Bakıda "Qarabağ"a qarşı keçirdiyi matçda (2:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Qeyd edək ki, "Slovan" - "Qarabağ" oyunu noyabrın 24-ü keçiriləcək.
saytlarin hazirlanmasi