Stefan Yohannessonla 3-cü dəfə

15:33 - 21 Noyabr 2016

Avropa Liqasının V turu çərçivəsində keçiriləcək “Slovan” – “Qarabağ” matçını isveçli FİFA referisi Stefan Yohannesson idarə edəcək.

 

Sportal.az xəbər verir ki, Yohannesson 2-ci dəfə klublarımızın avrokubok matçını idarə edəcək.
 
44 yaşlı hakim 2009-cu ildə “Bakı”nın Çempionlar Liqasının III təsnifat mərhələsində “Levski” ilə səfər qarşılaşmasını idarə etmişdi. Sofiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnən görüşdə Yohannesson 6 dəfə əlini cibinə atıb. O, 4 dəfə meydan sahiblərini cəzalandırıb. İsveçli referi "Bakı"dan Feliks Felipe Almeyda və Ernad Skuliçə sarı vərəqə göstərib.
 
Yohannesson millimizin matçını da 1 dəfə idarə edib. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail – Azərbaycan (1:1) oyununun da baş hakim olan referi 4 dəfə futbolçuları cəzalandırıb. O, millimizin üzvlərindən Ruslan Abışov, Rasim Ramaldanov və Elnur Allahverdiyevi sarı vərəqə ilə cəzalandırıb.

 

Xəbər xətti