UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fənərbaxça"nın Ukraynanın "Zarya" klubu ilə oynayacağı qarşılaşmanın hakimləri məlum olub.
Sportal.az xəbər verir ki, bu matçı avstriyalı Harald Leçner idarə edəcək. Ona həmyerliləri Andreas Heydenreyk və Maksimilian Kolbits kömək edəcək. Andreas Staudinqerin dördüncü hakim olacağı müsabiqədə əlavə yardımçı hakimlik vəzifələrini isə Aleksandr Harka və Julian Veynberqer boynuna götürəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Zarya" görüşü 24 oktyabr Bakı vaxt 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi