"Qəbələ"nin rəqibində yeni müqavilə

12:58 - 22 Noyabr 2016

Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer almış “Sent Etyenn” klubunda yeni müqavilə qeydə alınıb. Stefan Rufyenin oyunundan razıdı.

 

Sportal.az xəbər verir ki, “Sent Etyenn” rəhbərliyi komandanın qolkiperi Stefan Rufye ilə yeni müqavilə bağlayıb. Yeni müqavilənin müddəti 2021-ci ilə qədər nəzərdə tutulub.


Stefan Rufye “Sent-Etyenn”ə 2011-ci ildə “Monako”dan gəlib.


Bu mövsüm 30 yaşlı qapıçı Fransa çempionatında 13 oyun keçirib və 11 qol buraxıb. Bu da çempionatda 3-cü ən yaxşı göstəricidi.

 

Xəbər xətti