Avropa Liqasının qrup mərhələsində sabah “Qəbələ”ylə qarşılaşacaq “Anderlext”in futbolçusu Yuri Tilemans oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bunları deyib:
“Bazar günü meydandan yaxşı nəticəylə ayrılmadıq. Ancaq bunun sabahkı oyuna heç bir təsiri olmayacaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Sabah meydandan 3 xalla ayrılmağa çalışacağıq. Keçmiş oyunlar bizə yaxşı dərs oldu. Məqsədimiz qalib gəlməkdi. Sabah da məqsədimiz yalnız bu olacaq”.
saytlarin hazirlanmasi