"Qarabağ" qrupun sürpriz komandasıdır"

15:33 - 24 Noyabr 2016

“Bağırsaq virusuna yoluxmuşdum. Hazırda isə sağlamam. Mən meydana çıxmaq üçün hazıram. Biz qalib gəlməliyik. Xal qazanmaq əla hədiyyə olar”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Çexiyanın “Slovan” klubunun futbolçusu Folprekt Zdenek deyib. 

 

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda üz-üzə gələcəkləri “Qarabağ”la oyundan öncə yerli mətbuata danışıb. O, “Qarabağ”ı sürpriz komanda adlandırıb: “Qarabağ” bizim qrupun sürpriz komandasıdır. Əgər oyun haqqında danışsaq, evdə ancaq 3 xal qazana bilərik. Nəticə komandaya mükafat qazandıracaq. Qrupda fərqli nəticələr gözlənilirdi, amma hər şey başqa cür oldu. “Qarabağ” uğur üçün prosedurları yerinə yetirdi. Çempionat oyunundakı biabırçı nəticə bizə pis təsir edib. Buna görə azarkeşlərdən üzr istəyirəm. Bu səbəbdən də, “Qarabağ”la matç fərqli olacaq. Hamı məsuliyyəti dərk edir”.

 

Zdenek komandasının şanslarından da danışıb: “Nəzəri olaraq şanslarımzı qalır. “Qarabağ”a qalib gəlib, Salonikidə də PAOK-dan üstün olmalıyıq. Hər şey mümkündür. Son ana qədər mübarizə aparacağıq. Futbolda hər şey mümkündür”.

 

Xəbər xətti