Ulduz futbolçu ölümlə hədələndiyi üçün oyunlara çıxmır

18:41 - 25 Noyabr 2016

Yayda 94 milyon avro qarşılığında "Napoli”dən "Yuventus”a transfer olunan Qonzalo İquaynın başı dərddədi.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu tanımadığı şəxslər tərəfindən ölümlə hədələnir. 
 
Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Yayılan məlumatlara görə, son iki həftədə futbolçunun evi yerləşən ərazinin hər bir yerində kameralar quraşdırılıb və futbolçunun yaşadığı mənzil xüsusi mühafizəçilər tərəfindən qorunur. 
 
İtaliyalı həmkarlarımız iddia edirlər ki, futbolçunun bir müddətdi komandadan ayrı qalmasının səbəbi də budur. Turin klubu hücumçusunun zədəli olduğunu açıqlasa da, həmkarlarımız onun ölüm təhdidləri aldığı üçün komandadan ayrı düşdüyünü iddia edirlər.
 
Qeyd edək ki, İquayn "Yuventus”a transfer olunan zaman Neapol klubunun azarkeşləri tərəfindən düşmən adlandırılmışdı. Bəzi mənbələr futbolçunu ölümlə hədələyənlərin "Napoli” azarkeşləri olduğunu qeyd edirlər. 

Xəbər xətti