"İlk iki penaltisini mənim sağıma vurdu. Rikardinyo topun başına keçəndə hansı küncə vuracağını bilirdim".
Sportal.az xəbər verir ki, bu sözlər "Anderlext"in qolkiperi Frenk Boekə aiddir.
30 yaşlı qapıçı penalti qərarının doğru olmadığını bildirib:
"Ədalət üçün deyim ki penalti epizodunda tamamilə topa oynamışdım. Yəni, penalti qərarı doğru deyildi. Daha sonra isə rəqib futbolçu 2 dəfə topu sağ küncə vurdu, 3-cüdə isə fikrini dəyişdi və qeyri-dəqiq oynadı".
saytlarin hazirlanmasi