"Yuventus"un futbolçusu Dani Alveş "Cenoa" ilə oyunda (1:3) zədələnib.
Sportal.az xəbər verir ki, braziliyalı oyunçunun sol baldır sümüyü sınıb.
Həkimlərin müdaxiləsindən sonra məlum olub ki, futbolçunun sol ayağında mürəkkəb sınıqlar var. Alveş uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dani Alveş yayda "Barselona"dan Turin klubuna keçib.
saytlarin hazirlanmasi