"PAOK-a məğlubiyyətə görə məyusam"

11:56 - 28 Noyabr 2016

"Fiorentina"nın çalışdırıcısı Paulo Souza "İnter" səfəri öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, məşqçi oyunun çətin keçəcəyini söyləyib:

 

"İstənilən məşqçi ilə eyni mövqedəyəm, çünki hamımız risk altındayıq. Ən yaxşı işlərimi cəmləşdirib, futbolçularımı qələbə üçün yönləndirirəm. Ötən mövsüm "San Siro"da mühüm nəticə əldə etmişdik. Bu dəfə də yaxşı nəticəyə ümid edirik".

 

Souza Avropa Liqasındakı şanslarından da danışıb:

 

"Hər kəs Avropa Liqasında PAOK-a məğlubiyyətimizdən sonra məyus oldu. Təbii ki, mən də. Bu il etdiyimiz bütün səhvlərə görə cəzalanırıq. Bu səbəbdən alınmayan şansların yerinə yenilərini yaratmalıyıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

 

Qeyd edək ki, "İnter" - "Fiorentina" matçı Bakı vaxtı ilə 00-00-da start götürəcək.

Xəbər xətti